“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır

A- A A+

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini xüsusi karantin rejimi qaydalarına uyğun olaraq davam etdirirlər.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov 2019-cu ildə yerinə yetirilmiş “Azərbaycan coğrafi adlarının ingilis dilinə transliterasiyası” plan işinin “Azərbaycan coğrafi adları ingilis dilində” adlı kitab şəklində nəşrə hazırlanması üzərində işləyir. Kitabda respublikanın bütün şəhər və rayonları üzrə ümumilikdə 4590 şəhər, rayon, qəsəbə, kənd inzibati ərazi vahidi adlarının ingilis dilinə transliterasiyası veriləcək. Bundan başqa, o, hazırda “London strukturalizmi” monoqrafiyası üzərində redaktə işləri aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: