Naxçıvan Müəllimlər İnstitutunun tələbə qəbulu planında yenilik: yeni ixtisaslar daxil edilib

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda 2020/2021-ci tədris ili üçün tələbə qəbulu planı yerləri artırılaraq bakalavr səviyyəsində 430-a, magistratura səviyyəsində 50-ə çatdırılıb.

İnstitutun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN informasiya Agentliyinə bildirilib ki, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Fizika müəllimliyi”, “İnformatika müəllimliyi”, “Musiqi müəllimliyi” və “Texnologiya məllimliyi” ixtisasları üzrə də qəbul aparılacaq. Bu il abituriyentlər “Kitabxanaçılıq və informasiya fəaliyyəti” və “Psixologiya” ixtisaslarında  qiyabi şöbə üzrə də seçim edə biləcəklər.  

Magistratura səviyyəsində qəbul aparılan “Təhsildə sosial psixoloji xidmət”, “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşmaları ilə yanaşı, bu ildən “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” və “Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşmaları da qəbul planına əlavə edilib.

Qeyd edək ki, yüksək ixtisaslı kadr hazırlığı aparmaq üçün Naxçıvan Müəllimlər İnstitutu kifayət qədər  maddi-texniki baza və kadr potensialına malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: