Naxçıvanlı şagirdlərin layihəsi Beynəlxalq müsabiqədə diploma layiq görülüb - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində dilçilik sahəsi də uğurla təmsil olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə iştirakçılarından Naxçıvan şəhər 8 №li tam orta məktəbin VIIIa sinif şagirdləri-Suay Qasımlı və Suat Qasımlının yerinə yetirdikləri “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı tədqiqat işi Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Şagird elmi tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diploma layiq görülüb.

Layihənin rəhbəri bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl isə Rusiya Təbiətşünaslıq Akademiyasının Beynəlxalq Tədqiqatçı, Müəllim və Mütəxəssislər Assosiasiyası tərəfindən pedaqoji sahədə innovativ tədqiqatların aparılmasındakı uğurlu fəaliyyətinə görə “Şəhadətnamə” ilə təltif edilib.

Qeyd edək ki, “Şəhadətnamə”ni Rusiya Təbiətşünaslıq Akademiyasının prezidenti M.Y.Ledvanov imzalayıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: