Naxçıvan məktəblisi beynəlxalq müsabiqədə diploma layiq görülüb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Moskvada keçirilən Məktəblilərin “Elmə start” IX Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində iştirak edən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi İlhamə Novruzova ikinci dərəcəli diplomla mükafatlandırılıb. Onun layhə rəhbəri AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əmkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.

Fizzə Məmmədova isə beynəlxalq müsabiqənin sertifikatını alıb.

Məktəblilərin intellektual potensialının, elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin yüksəldilməsi məqsədilə təşkil edilən beynəlxalq müsabiqədə 20 bölmə üzrə 1510 layihə iştirak edib. İlhamə Novruzovanın “Həyatın melodiyası – kimya” layihəsi II yerə layiq görülüb və ən yaxşı layihə kimi “Məktəblilərin Beynəlxalq Elm Xəbərləri” jurnalına dərcə göndərilib.

Qeyd edək ki, “Elmə start” Beynəlxalq müsabiqənin yekun mərhələsi 12-15 oktyabr tarixlərdə Soçidə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: