Bakı Musiqi Akademiyasının professoru Konservatoriyanın müəllim və tələbələri üçün onlayn seminar keçib

A- A A+

NUHÇIXAN İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti  Konservatoriyasının müəllim və tələbələri üçün onlayn seminar təşkil edilib. “Romantizm cərəyanının yaranmasına dair” mövzunu Bakı Musiqi Akademiyası Musiqi tarixi kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ülviyyə İmanova keçib.

Professor XVIII əsrin sonu XIX əsrin əvvəllərində Avropa ədəbiyyatında sonra isə musiqi və təsviri incəsənətdə təşəkkül tapmış romantizm cərəyanından danışıb. Bu ədəbi cərəyanın yaranma səbəbləri və o dövrdə mövcud olan  siyasi-ictimai mühit təhlil edilib. Alman və İtaliya bəstəkarlıq məktəblərindən söhbət açan professor F. Şubert, R.Şuman, F. Şopen, K.M. Veber, F.List  və digər məşhur bəstəkarların əsərlərinin janr və üslub xüsusiyyətlərini diqqətə çatdırıb.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: