NDU-da tələbələrin elmi işlərinin yekununa həsr edilmiş onlayn konfrans baş tutdu - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş onlayn universitet elmi konfransı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 800-ə yaxın müəlim və tələbənin qoşulduğu plenar iclası universitetin rektoru Elbrus İsayev TEC-in əhəmiyyəti, təşkilatın tələbələrin elmi fəallığı və dünyagörüşünün artırılmasındakı rolunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, düzgün qiymətləndirilən ən yaxşı TEC işi kütləvi informasiya vasitələrində və universitetin Elmi əsərlər jurnalında dərc olunmaq üçün göndərilməlidir.

“2019-2020-ci tədris ili üçün TEC-in yekun hesabatı və qarşıda duran vəzifələr haqqında” məruzə edən universitet TEC-in sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə  V kurs tələbəsi, Prezident təqaüdçüsü Bətulə Əlizadə bildirib ki,  TEC xətti ilə 366 tələbə elmi-tədqiqat işi yazıb.

Tibbi profilaktika ixtisası üzrə IV kurs tələbəsi Sürəyya Pərvəreşin “Aspartam”, Dünya iqtisadiyyatı ixtisası üzrə II kurs tələbəsi Səma Bayramovanın “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, Energetika ixtisası üzrə III kurs tələbəsi Arif Qurbanovun “Komputer rəqəm idarə etməsi” adlı çıxışları dinlənilib.  Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun elmi rəhbər olduğu “Komputer rəqəm idarə etməsi” mövzusu təcrübi əhəmiyyəti ilə xüsusilə seçilib.

Konfrans 10 bölmə üzrə işini davam etdirib. Tələbələrin məruzələri dinlənilib, müzakirələr aparılıb

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: