NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə “Coğrafiyada ənlər və ilklər” adlı onlayn viktorina keçirilib.
Tədbirdə bildirib ki, universitetdə tədrisin təşkili tam planlı şəkildə onlayn formada davam edir.
Tələbələrin evdə asudə vaxtlarının səmərəli keçirilməsi baxımından belə onlayn intellektual oyunların keçirilməsinin önəmli olduğunu bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu viktorina iştirakçılarına uğurlar arzulayıb.
Tələbələr 3 raunda keçirilən viktorinada hər raundda 20 sual olmaqla (Final raunda 10 sual) toplam 50 sualı cavablandırıblar.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən , Pedaqoji fakültənin “Coğrafiya” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Gülsüm Qasımova I yerə, II kurs tələbəsi Şəbnəm Qafarova II yerə , I kurs tələbəsi Ramin Nəsirov və II kurs tələbəsi Murad Cəfərov isə III yerə layiq görülüblər.
Seyfur Hacımuradov