“İdeyadan başlanğıca” devizi altında onlayn seminar keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisad fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında onlayn seminar baş tutub.

Nazirliyin mətbuat xidmətinən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlayn tədbirin  əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması, təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və  təkmilləşdirməkdir.

Seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Mehparə Məmmədova “Startap layihələrinin hazırlanması və təqdimatında biznes planların əhəmiyyəti, tərtib olunma qaydaları və biznes plan nümunəsi” mövzusunda slayd materiallar vasitəsilə tələbələrə geniş məlumat verib. Sonda geniş diskusiya şəklində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: