XVIII əsr Qafqaz tarixinə dair əlyazmalar araşdırılır

A- A A+

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə elmi tədqiqatlarını əvvəlki templə etdirirlər. Onlar tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr də hazırlayırlar.

İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, belə yazılardan biri Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin “Osmanlı dövləti və çar Rusiyasının xarici siyasətində Qafqaz” başlıqlı məqaləsidir.

Məqalədə qeyd olunur ki, XVIII əsr Qafqaz tarixi siyasi hadisələrlə zəngindir. Azərbaycanın taleyində mühüm rol oynamış siyasi proseslər məhz həmin dövrdə Qafqazda cərəyan etmiş hadisələrdən qaynaqlanır. Belə ki, Azərbaycanın parçalanması, mübarizə meydanına çevrilməsi və müxtəlif dövlətlər tərəfindən dönə-dönə istila edilməsi, hətta SSRİ-nin tərkibinə qatılmasının da əsası bu dövrdə qoyulub. Qafqazda baş verən siyasi hadisələr, təbii ki, Osmanlı dövlətinə təsirsiz ötməyib və onun proseslərə müdaxiləsi labüddür. Qafqaz ölkələri içərisində Azərbaycan xüsusi çəkiyə malik idi. Azərbaycan strateji mövqeyinə və təbii sərvətlərin zənginliyinə görə qonşu dövlətlərin maraq dairəsində olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: