Kolleclərə qəbul imtahanı bir mərhələdə aparılacaq

A- A A+

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanının davametmə müddəti 1 saat 30 dəqiqədən 45 dəqiqəyə endirilib.

Qeyd edək ki, əvvəlki illərdə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: