Kollec tələbələrinin biliyinin hansı formada qiymətləndiriləcəyi müəyyənləşdi

A- A A+

Nazirlər Kabineti "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır.

Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.

Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.

Qeyd edək ki, qaydaya əsasən, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Nazirlər Kabinetinin yeni qərarı ilə bu qaydaya edilən əlavəyə görə, bu hədd orta ixtisas təhsili müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə dəyişdirilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: