“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Universitetdə 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulub.
Bakalavr səviyyəsində qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən universitetdə Beynəlxalq ticarət və logistika, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tərcümə (ingilis dili), Riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq.
Magistratura səviyyəsində isə İqtisadiyyatın tənzimlənməsi, Bank işi, İslamşünaslıq, Dinin fəlsəfəsi, Dilşünaslıq (ingilis dili) ixtisasları da qəbul planına əlavə edilib.
Qeyd edək ki, yüksəkixtisaslı kadr hazırlığı aparmaq üçün “Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir.Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.