Teatrşünas Vidadi Qafarov NDU tələbələri üçün onlayn ustad dərsi keçib - FOTOLAR

488

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “Teatr və mədəniyyətşünaslıq” kafedrasında onlayn ustad dərsi keçirilib. “Teatr insanın zamandaşı kimi, antik dövrdən bugünədək” mövzusunda dərsi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, teatrşünas Vidadi Qafarov  keçib.

Teatrşünas alim teatrın yaranmasından bu günə qədər keçdiyi zamana nəzər salıb. Teatrın insan cəmiyyətində oynadığı “insanın zamandaşı” rolu özünəməxsus tərzdə, aydın və yığcam şəkildə seminar iştirakçılarına çatdırılıb. Ustad teatra naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirindən danışıb.  Teatr sənətinin inkişafında müstəsna xidmətləri olan şəxslərin rolu qiymətlədirilib.

Telli Mustafayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: