Naxçıvanda kiçik və orta sahibkarlığın inkişafına həsr olunmuş konfrans keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında kiçik və orta sahibkarlığın inkişafı: vəzifələr və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib.

Onlayn konfransda ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb. Rektor bildirib ki, ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi iqtisadiyyatın mühüm istiqamətlərindəndir.

Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Seymur Cəfərovun “Naxçıvan Muxtar Respublikasında ailə kəndli təsərrüfatının inkişafının müasir vəziyyəti və inkişaf perspektivləri”, “Naxçıvan” Universitetinin  İqtisadiyyat  kafedrasının müdiri, dosent Dilsuz Qasımovun “Aqrar islahatlar və ailə kəndli təsərrüfatlarının yaranmasının iqtisadi inkişafı və özünüməşğulluğun təmin olunmasındakı rolu” və universitetin “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbəsi  Coşqun Hüseynovun “ Ailə təsərrüfatlarının məhsul istehsalında dövlət dəstəyi əsas şərtdir” mövzusunda çıxışları dinlənilib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.                                                                    

                                                                    Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: