“Xarici dillərin tədrisində ənənəvi üsullar və innovativ metodlar” mövzusunda onlayn konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Xarici dillərin tədrisində ənənəvi üsullar və innovativ metodlar” mövzusunda onlayn elmi konfrans keçirilib.
Onlayn konfransda ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, müasir dövr informasiya kommunikasiya texnologiyaları dövrüdür. Xarici dilin tədrisinin daha da aktiv və effektiv olması üçün İKT-nin tətbiqi vacib şərtdir. Pandemiya zamanı “Naxçıvan” Universitetində tədrisin təşkilinin yüksək səviyyədə onlayn formada təşkil olunması bir daha göstərdi ki, təkcə xarici dilin tədrisi prosesində deyil, ali təhsil ocağında bütün ixtisasların tədrisində İKT-dən lazımi formada istifadə olunur.
Konfransada çıxış edənlər bildirib ki, xarici dilin tədrisi zamanı innovativ metodların tətbiqi tələbə və şagirdin motivasiyasını yüksəldir, onlar arasında informasiya mübadiləsində, mövzunun müzakirə edilməsində, ən son məlumatları istifadə etməkdə əvəzsiz rolu var.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov