Gəncə Dövlət Universitetinin professoru NDU tələbələri üçün seminar keçib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlayn seminarda Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Botanika” kafedrası ilə Gəncə Dövlət Universitetinin əməkdaşları iştirak edib.

“Göbələklərin canlı sistemdə yeri, mövqeyi və təsnifatı” mövzusunda seminarı Gəncə Dövlət Universitetinin “Botanika” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov keçib.

Seminarda iştirakçılara   heterofil orqanizmlər olan göbələklərin  insan həyatında rolu,  fizioloqların, genetiklərin, biofiziklərin və mikoloqların tədqiqat obyekti olması, bitkilərdə və heyvanlarda bir çox xoşagəlməz xəstəliklər törətməsi, sənaye   və  ərzaq məhsullarını, optik cihazları  yararsız hala salması haqqında məlumat  verilib .

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

                    Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: