Ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Uşaq hüquqlarının sosial və hüquqi tərəfləri” mövzusunda onlayn konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə təşkil olunan onlayn konfransda çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva uşaq hüquqlarının müdafiəsinin təmin olunması üçün ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. Rektor bildirib ki, uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkəmizdə dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində mühüm işlər görülür.
Daha sonra mövzuyla bağlı nazirlik əməkdaşlarının və universitet müəllimlərinin çıxışları dinlənilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov