TEC xətti ilə yerinə yetirilən ən yaxşı beş iş “Elmi əsərlər” jurnalında nəşr olunacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin XX yekun konfransında İnstitutun rektoru Azad Novruzov deyib.  Videobağlantı formatında baş tutan konfransda ali təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak edib. Azad Novruzov vurğulayıb ki, TEC tələbələrin elmi potensialının üzə çıxarılmasında, onların elm sahəsində fəallığının istiqamətləndirilməsində mühüm rol oynayır. Rektor konfransda və bölmə iclaslarında məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb.

Bildirilib ki, ümumilikdə, kafedralar üzrə 180 nəfər tələbə elmi-tədqiqat işi yerinə yetirib.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinlənilib, qaliblər mükafatlandırılıb.  Fərqlənən məruzələr seçilərək çapa göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: