Dövlət Qulluğu imtahanında 131 namizəd iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 mart 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. Müsahibələrdə ilk olaraq Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsində, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasında işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat Nazirlikləri, Televiziya və Radio Şurası, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsidir.
Qeyd edək ki, test mərhələsində müvafiq keçid balını toplamış 136 namizəddən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötən ilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplayan və inzibati vəzifə üzrə sertifikat əldə edən 17 namizədin müraciəti də nəzərə alınıb.
Digər dövlət orqanları üzrə müsahibələr komissiyanın rəsmi internet saytında yerləşdirilib. Qrafikə uyğun olaraq müsahibə mərhələsi 3 iyul 2018-ci il tarixədək davam edəcək.
Nicat Quliyev