28 May Respublika Gününə həsr olunan onlayn konsert təşkil edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Konservatoriyasında 28 May Respublika Gününə həsr edilmiş onlayn konsert təşkil edilib. Xalq çalğı alətləri kafedrasının müəllimi Polad Vəlinin ifasında solo konsert universitetin facebook sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

Solo konserti tarda Prezident mükafatçısı Sərxan Abdullayev, sintezatorda Zaur Əhmədov, nağarada Munis Əlisoy, qoşa nağarada Camal Məmmədov müşayiət edib. Konsertdə Azərbaycan xalq mahnıları, milli musiqilərdən kompozisiyalar səsləndirilib.

Sonda sözləri Zivər Ağayevaya, musiqisi Rauf Məmmədova məxsus “Yaşa mənim xalqım” mahnısı ifa edilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: