“Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək

A- A A+

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə bu il iyunun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual Elmi konfransı keçiriləcək.

Universitetdən NUHÇIXAN İnformasiya Agejntliyinə bildirilib ki, Elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.

Virtual Elmi konfransda iştirak etmək istəyən şəxslərin iyunun 1-i saat 17:00-dək “[email protected]” ünvanına müraciət etmələri xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: