Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində tarixi mövzularda məqalələr yaratmağı davam etdirirlər.
Mərkəzi Elmi Kitabxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, könüllülər tərəfindən hazırlanan növbəti məqalə qondarma erməni iddialarına qarşı ciddi sənəd kimi qəbul edilə bilər. Bu, Hovanes Kacaznuninin “Daşnaksutyun partiyasının edəcəyi bir şey yoxdur (hesabat)ı”dır. Məqalənin “Vikipediya”nın xarici dil bölmələrində də yaradılması nəzərdə tutulur.