Kolleclərə qəbul olmaq üçün 50 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

A- A A+

Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 14:55-ə olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün 49 min 891 abituriyent elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib. Onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: