Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

A- A A+

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, gənc yazar Nərgiz İsmayılovanın Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) EPIC layihəsinin iştirakçıları ilə görüşü olub.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gənc alim aztəminatlı ailələrə və qaçqınlara sosial dəstək çərçivəsində təşkil olunan “Xərçəng xəstəliyinin həyatımıza təsiri”, “Xərçəng xəstəliyinə dair yazılan kitablar” mövzularında vebinar keçib. Vebinarda ağdamlı gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri də iştirak ediblər.

Təlim əsnasında gənc yazarın xərçəng xəstələrinə dəstək üçün qələmə aldığı “Qardələn”, yeni kitabı “Metakədər” və tərcümə etdiyi  “Əl-Fəvatih-ül-İlahiyyə-vəlMəfatih-ül-Qeybiyyə” əsəri də müzakirə olunub.

Sonda Nərgiz İsmayılova vebinar iştirakçılarının mövzuya və Naxçıvana dair suallarını cavablandırıb.

Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 2011-ci ildə yaradılıb. Cəmiyyət 1995-ci ildən Azərbaycanla sıx əməkdaşlıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: