Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İyunun 6 və 7-də imtahan keçiriləcək rayon və şəhərlərin adları DİM-in saytında yerləşdirilib. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcəkdir.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

İmtahanın keçirilmə tarixi

İmtahan keçiriləcək şəhər (rayon)

İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri

6 iyun 2020

Qaradağ (Bakı), Şirvan

1.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020

Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 

3.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020

Bərdə*(I hissə)

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020

Siyəzən, Xızı

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı

6 iyun 2020

Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar

1.      Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı  

6 iyun 2020

Cəlilabad, Qobustan

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı 

6 iyun 2020

H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı 

 

7 iyun 2020

 

Pirallahı (Bakı)

1.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

 

7 iyun 2020

 

Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər.

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 

3.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

 

7 iyun 2020

 

Ağdam, Füzuli

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı

 

7 iyun 2020

 

Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran

1.      Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

7 iyun 2020

Ağsu 

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı 

   

Qeydlər:

-Sumqayıt şəhəri və Abşeron rayonunda 9 və 11, Bərdə rayonunda isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb.

-Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

-Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcək.

-İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: