Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

A- A A+

Bu gün səhər saat 10-a olan məlumata görə, orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu, onlardan 12 min 853 əvvəlki illərin məzunlarıdır. Sənədlərin qəbulu onlayn şəkildə iyunun 5-dək davam edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: