UNEC-in 90 illik yubileyinə həsr olunan şahmat turniri keçiriləcək

A- A A+

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman klubunun təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.

UNEC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, şahmat turniri iyunun 8-də saat 11:00-da “Chess.com” saytı üzərindən təşkil olunacaq. Turnir UNEC tələbələri arasında 3 mərhələdən ibarət olacaq. Bütün iştirakçılar eyni vaxtda oyuna başlayacaqlar. Bir oyunun müddəti hər oyunçuya 5 dəqiqə və hər gedişə görə +3 saniyə əlavə vaxt veriləcək. İştirakçıların say tərkibi mayın 27-dən iyunun 7-dək qeydiyyatdan keçənlərin sayına uyğun olaraq müəyyən ediləcək. Yarışlar oyunçuların sayından asılı olaraq “İsveçrə sistemində” keçirilir.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: