“Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirilib - FOTOLAR
“Naxçıvan” Universitetinin professor-müəllim heyətinin innovasiya fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədiyə “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar keçirilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə innovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımovun təqdimatı ilə baş tutan seminarda mütəxəssisin eyni adlı mövzuda çıxışı dinlənilib.
Startap layihələrin əhəmiyyətindən bəhs edən natiq bu layihələrin gənclər arasında innovasiya sahibkarlığı yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verdiyini bildirib.
Seminar diskussiya şəraitində davam etdirilib və sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov