“Naxçıvan” Universitetində Azərbaycan və Türkiyə iqtisadi əlaqələrinə həsr olunmuş elmi konfrans keçirildi
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn elmi konfrans keçirilib.
“Müasir dövrdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq iqtisadiyyatın bir çox sahələrində inkişaf edir”-deyən İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, xarici iqtisadi əlaqələrin yaradılmasında Azərbaycanın potensial partnyorlarından biri kimi qardaş Türkiyə Respublikası çıxış edir.
Daha sonra çıxış edənlər bildirib ki, qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Seyfur Hacımuradov