Ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə onlayn müzakirə keçirilib

A- A A+

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə “Şagirdlərin milli ruhda tərbiyəsi və vətənpərvərlik hissinin aşılanması” mövzusunda onlayn müzakirə keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, onlayn müzakirədə vurğulanıb ki, vətəni müdafiə etmək məktəbdə təhsil alan hər bir şagirdin vətəndaşlıq borcudur. Şagirdləri vətənimizin fəal müdafiəsinə hazırlamalı və ilkin hərbi vərdişləri öyrətməliyik. Şagirdlərdə vətənə məhəbbət hissini artırmaq, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir.

Onlayn müzakirədə hərbi rəhbərlərə şagirdlərlə imtahan qabağı məşğələlərin təşkili və psixoloji söhbətlərin aparılması istiqamətində tövsiyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: