Müəllimlərin yay məzuniyyəti hər zamankı vaxtında başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O əlavə edib ki, virtual dərslərin keçirilməsi ilə bağlı müəllimlər qarşısında məcburiyyət yoxdur: “Virtual dərslər pandemiya dövründə mövzuları mənimsəmək üçün keçirilirdi. Dərs ili bitibsə, bu dərslər keçirilməyə də bilər”.