Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

A- A A+

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşmasını istəmirik. Müəllimlərin məktəbə gəlməsi üçün ən önəmli zərurət tədris prosesidir. Hazırda təlim-tədris prosesi yoxdur. Ona görə də jurnalların yazılması, illik qiymətlərin hazırlanması kimi prosesləri məktəb direktorları, onların müavinləri və sinif rəhbərləri həyata keçirməlidirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

“Bu, o demək deyil ki, bütün müəllimlər səhər saat 9-dan axşama kimi məktəbdə olmalıdırlar. Hətta pedaqoji şuranın iclasının da onlayn keçirilməsini məsləhət görürük”, - deyə O.Abbasov diqqətə çatdırıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, zərurət olmadığı təqdirdə digər müəllimlərin də məktəbə cəlb olunmasına ehtiyac yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: