“Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın müzakirəsi keçirildi

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Naxçıvanşünaslıq Mərkəzi ilə birlikdə “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın onlayn müzakirəsini keçirib.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müzakirədə Ərtoğrol Cavidin 24 illik qısa ömür yoluna, ədəbi-bədii yaradıcılığına, rəssamlıq, folklorşünaslıq və musiqişünaslıq fəaliyyətinə nəzər salan institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev  müstəqillik dövründə Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra  müzakirə iştirakçılarının Ərtoğrul Cavidin həyat və fəaliyyətinin müxtəlif məqamlarına işıq salan məruzələri dinlənilib.

Qeyd edək ki, Ali Məclisin dəstəyi ilə institutun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində işıq üzü görən məqalələr toplusunun ötən ilki sayı Ərtoğrol Cavidin 100 illiyinə həsr edilib.14 fundamental araşdırmanın yer aldığı kitabda bəstəkarın çoxcəhətli parlaq yaradıcılığı əhatəli işıqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: