Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb.

İmtahana buradan (https://otk.az/?menu=courses&id_category=7) yazılmaq olar. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarını düzgün cavablarla müqayisə edə biləcək.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: