NMİ-nin tələbələrinə onlayn açıq dərs keçirilib

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib  ki, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında baş tutan onlayn dərs kitabxananın direktoru Kamal Axundov tərəfindən təşkil olunub.

Kitabxananın Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Nüşabə Seyidova tələbələrə kitabxana işinin əsas sahələrindən biri hesab edilən “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirlərinin verilməsi” mövzusunda geniş mühazirə ilə çıxış edib.

Sonra mövzu ətrafında tələbələrlə geniş müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: