NDU-nun tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident  və tələbələri “Qarıngərmə əməliyyatı – abdomenoplastikanın icrası və sonrakı dövrün izahı” adlı cərrahi əməliyyatda onlayn iştirak ediblər. Beynəlxalq Tibb Mərkəzinin (İnternational Medical Center 2) baş həkimi və ümumi cərrahı Elvin Əliyevin həyata keçiridiyi əməliyyat universitetin facebook (ndu.edu.az)  sosial şəbəkəsi üzərindən canlı yayınlanıb.

2 saatdan artıq davam edən canlı yayın izləyicilər tərəfindən maraqla qarşılanıb. Koordinasiyası və canlı videotəqdimatı tibb fakültələrinin tələbələri tərəfindən təşkil edilən onlayn əməliyyatda müəllim və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, 2005-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Pediatriya” ixtisasında təhsil alan Elvin Əliyev 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetində “Ümumi cərrahiyyə” ixtisası üzrə Rezidentura təhsili alıb.  Doktor Elvin Əliyev plastik cərrahiyyə, qarın gərmə, body lifting üzrə Türkiyədə ixtisas kursunda olub. Plastik cərrahiyyədə daha çox qarın gərmə əməliyyatları ilə məşğul olan həkim dünyada ən çox bu əməliyyatları edən həkimlərin siyahısındadır.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: