Naxçıvan Müəllimlər İnstitutunda “Şagirdlərdə ədəbi əsərləri təhliletmə bacarıqlarının inkişaf etdirilməsi” mövzusu müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İnstitutun “Dillər və ədəbiyyat” kafedrasının professor-müəllim heyəti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə  təşkilatçılığı ilə baş tutan dəyirmi masada orta ümumtəhsil məktəblərinin 30 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib.

Videobağlantı formatında təşkil olunmuş tədbirdə institutun prorektoru Çapay Quliyev  bildirib ki, muxtar respublikamızda təhsilə qayğı təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın yaranması və inkişafı üçün münbit şərait yaradıb.

Dəyirmi masada Dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə elmləri doktoru, professor Akif İmanlı "Ədəbi əsərlərin məzmun və ideya istiqamətlərinin nəzərə alınması"  mövzusunda çıxışında bildirib ki, hər bir bədii əsər öz ideya və  məzmununa  görə fərqlənir.  Hər hansı bir əsərin  ideya və məzmununu təhlil etdikdə əsəri bütünlüklə təhlil etmək lazımdır.

Sonda Dillər və ədəbiyyat kafedrasının müəllimi, dosent Fəxriyyə Cəfərovanın  "Ədəbi əsərlərdə surətlərin xarakterik xüsusiyyətlərinə uyğun təhlili" mövzusunda  çıxışı dinlənilib.

Dəyirmi masa iştirakçıların  fəal fikri mübadilələri şəraitində davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: