Magistraturalara qəbul imtahanında minimal bal toplayanlara əlavə şans verilir

A- A A+

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir. Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi iyunun 8-dən 18-dək həyata keçiriləcək. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: