Dövlət İmtahan Mərkəzi yeni vəsait hazırlayıb

A- A A+

Dövlət İmtahan Mərkəzi “Kimya” adlı yeni vəsait hazırlayıb və nəşr edib.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, akademik Vaqif Abbasovun elmi redaktorluğu, Mütəllim Abbasov, Vəli Əliyev, Rəna Mustafayeva, Səidə Hüseynova, Afiqə Batıyeva və Telman Güləliyevin həmmüəllifliyi ilə hazırlanan vəsait imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulur. Kitab kimya fənni üzrə məzmun standartlarına uyğun olaraq “Ümumi kimya”, “Qeyri-üzvi kimya” və “Üzvi kimya” hissələrinə ayrılmaqla 31 bölmədən ibarətdir. Hər mövzunun şərhi müxtəlif formalı və tipli tapşırıqlar, həmçinin situasiya tapşırıqları ilə tamamlanır.

Vəsaitin rəyçiləri Əməkdar müəllimlər Rəhimə Xudiyeva, Naibə Ələkbərov, kimya üzrə fəlsəfə doktoru Elşad Abdullayevdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: