“Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab işıq üzü görüb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun layihə rəhbərliyi ilə “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, kitabın müəllifi, sənətşünas Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. Azərbaycan, ingilis və rus dilində işıq üzü görən nəşrin ilk səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamı yer alıb.

Qeyd edək ki,Gəmiqaya təsvirlərinin sistemli şəkildə tədqiqinə yuxarıda qeyd olunan Sərəncamın imzalanmasından sonra başlanılıb. Sərəncama əsasən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademiyanın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin elmi heyətinin iştirakı ilə Gəmiqaya abidəsinə ekspedisiyalar təşkil edilib. 2005-ci ildə yerli və xarici ölkə alimlərinin də iştirak etdiyi beynəlxalq ekspedisiya zamanı Gəmiqaya təsvirlərinin tarixi və uzaq keçmişimizlə bağlı mühüm nəticələr əldə olunub. Gəmiqaya haqqında xeyli kitab və məqalə yazılmasına baxmayaraq bu rəsmlər indiyədək toplu halında nəşr edilməyib.

Kitabın müəllifi Nizami Alıyev bu illər ərzində aparılan araşdırma və əldə edilən yeniliklər ilə bağlı çoxlu sayda sanbalı elmi əsərlər yazıb. “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental vəsait də Azərbaycan xalqının qədim tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: