AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində Naxçıvan haqqında məqalələr zənginləşdirilir.
MEK-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, açıq ensiklopediyada Naxçıvanla bağlı 100-dən çox məqalə mövcuddur. “Vikipediya” könüllüləri Naxçıvanın elm, mədəniyyət, ictimai-siyasi xadimləri, memarlığı haqqında həm yeni məqalələr yaradır, həm də mövcud məqalələri genişləndirib və əsaslı şəkildə redaktə edirlər.