Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib, nazirliyin təşkilatçılığı ilə baş tutan seminar pedaqoji profilli ixtisasların məzunlarının işlə təmin olunmasına dəstək məqsədilə keçirilib və institutun 70-dən çox məzunu iştirak edib.
Seminarda çıxış edən Təhsil nazirinin müavini Ovni Muradov muxtar respublikada gənc kadrların işlə təminatının daim diqqətdə saxlandığını bildirib.
Təhsil nazirinin müavini qeyd edib ki, müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Bu gün keçirilən seminarın da əsas məqsədi pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinin muxtar respublikanın ümumtəhsil müəssisələrində olan vakant müəllim vəzifələri ilə tanış edilməsi, onlara gənc müəllimlərin işə qəbulu qaydaları ilə bağlı ətraflı məlumatların verilməsidir.