Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirəcək.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bugünkü imtahanlarda 25 min 597 şagird iştirak edəcək.
Xatırladaq ki, imtahanlar respublikanın 39 şəhər və rayonunda keçiriləcək. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.