Nazirlik rəsmisi: Təhsil haqqının ödənilməsi ilə bağlı məlumatlar təsdiqini tapmadıqda tələbəyə əlavə vaxt veriləcək
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciətlər iyunun 10-dək qəbul edilir. Lakin tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı bizdə olan məlumatlar təsdiqini tapmırsa, tələbəyə sənədləri dəqiqləşdirmək üçün əlavə vaxt veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı onlayn müzakirədə Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. Onun sözlərinə görə, bu halda iyunun sonuna kimi tələbəyə məlumatlarını dəqiqləşdirmək, ehtiyac olan əlavə sənədləri təqdim etmək imkanı yaradılacaq.