Bu il noyabrın 30-da Naxçıvanda gənc oftalmoloqların “Müasir oftalmologiyanın son nailiyyətləri və problemləri” mövzusunda elmi konfransı keçiriləcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, konfransda qlaukoma, vitreoretinal patologiya, gözün distrofik və damar xəstəlikləri, oftalmoanesteziologiya, lazer cərrahiyyəsi, habelə digər oftalmoloji məsələlər müzakirə ediləcək.
Çıxışlar və məqalələr üçün müraciətlər sentyabrın 1-dək qəbul edilir. Tədbirin təşkilat komitəsinin verdiyi məlumata görə, konfransın materialları məqalə şəklində “Oftalmologiya” jurnalında dərc olunacaq.