Azərbaycan Milli Elmlər Akademiyasında iki yeni mərkəz yaradılır

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlərə baxılıb.

Akademiyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin və AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması, eləcə də Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: