Muxtar respublikada bu il 2723 şagird onbirinci sinfi bitirib

A- A A+

Ümumtəhsil məktəbləri 2019-2020-ci tədris ilini uğurla başa vurdu.

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentiliyinə bildirilib ki,başa vurduğumuz tədris ili bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, ilk dəfə olaraq VII siniflərdə dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”-i tədris edilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Robotexnika və Mental-aritmetik dərnəklərinin, Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində isə innovativ dərnəklərin yaradılması istiqamətində təşkilati işlər yekunlaşıb. İstedadlı şagirdlərin əl işlərindən ibarət albom-kataloq nəşr edilib.

Bu tədris ili ümumtəhsil məktəblərinin IX sinfini 3546, XI sinfini isə 2723 şagird bitirib. XI sinif məzunlarından 2575-i, yəni 94,6 faizi ali və orta ixtisas müəssisələrinə qəbul üçün sənəd verib. Həmçinin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə qəbul aparılıb.

Mövcud vəziyyətlə bağlı mart ayının əvvəlindən tədris prosesinin dayandırılmasına baxmayaraq son 4 ay ərzində şagirdlərə gündəlik olaraq mövzular çatdırılıb, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələri ilə qarşılıqlı sıx əməkdaşlığın qurulması diqqətdə saxlanılıb onlayn qaydada konfranslar və təlimlər davam etdirilib.

Cari tədris ilinin yekunu ilə əlaqədar olaraq ümumtəhsil məktəblərində təhsilalanların illik qiymətlərinin və digər sənədlərinin yazılması, buraxılış siniflərinin attestata yazılacaq fənlər üzrə dərs saatlarının müəyyənləşdirilməsi yekunlaşəb, hazırda isə tədris ilinin əvvəlində şagirdlərə paylanılmış dərsliklərin təhvil alınması prosesi həyata keçirilir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: