24 Naxçıvan məktəblisi Respublika fənn olimpiadasının qalibi oldu

A- A A+

İstedadlı şagirdlərin aşkara çıxarılmasında və təlimdə sağlam rəqabətin yaradılmasında Respublika fənn olimpiadasının müstəsna əhəmiyyəti var.  Bilik yarışına xüsusi istedada və hazırlığa malik IX, X və XI sinif şagirdləri qatılıblar.

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, olimpiadanın nəticələrinə əsasən muxtar respublikanın şagirdləri yüksək uğurlar qazanıb, şagirdlərdən 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla ümumilikdə 24 nəfər qalib elan olunub. Qaliblərin 5-i IX sinif, 4-ü X sinif, 15-i isə XI sinif şagirdləridir. Respublika fənn olimpiadalarında əldə edilən 24 medalın 13-ü Naxçıvan şəhərində yerləşən məktəblərin, 11-i isə rayon məktəblərinin  payına düşür.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: