Sinifdə şagirdlərin sayının azalması müvafiq fənlərin tədrisində iki qrupa bölünməni məhdudlaşdırmır

A- A A+

Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Qərarda, həmçinin qeyd olunur ki, tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsini, tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsini məhdudlaşdırmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: