AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda “Molla Nəsrəddin” jurnalının müxtəlif orijinal nüsxələri saxlanılır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə muzeydən məlumat verilib. Bildirilib ki, satirik jurnal müəyyən fasilələrlə 25 il ərzində Tiflisdə, Təbrizdə və Bakıda dərc olunub. Tiflisdə 1906-1918-ci illərdə, Təbrizdə 1921-ci ildə, Bakıda 1922-1931-ci illərdə çıxıb. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşr olunub. Onun redaktoru, görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadə yazırdı ki, “Molla Nəsrəddin” jurnalını zəmanə özü yaratdı.